Azərbaycana 350 milyard dollar investisiya yatırılıb

Azərbaycana 350 milyard dollar investisiya yatırılıb
İQTİSADİYYAT 26 Sentyabr 2026 09:18
Azərbaycanda çox yaxşı investisiya mühiti var.

Sitat.info xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycana 20 ildə 350 milyard ABŞ dollar investisiya yatırılıb və bunun yarısı xarici investisiyalardır.