“Onlar üçün həqiqətən qürur duyuram” - Rassel

“Onlar üçün həqiqətən qürur duyuram” - Rassel
Gündəm 26 Sentyabr 2026 17:29

“Komandanı təbrik etmək istəyirəm, onlar üçün həqiqətən qürur duyuram”.

Sitat.info xəbər verir ki, bu sözləri 10-cu Azərbaycan Qran-Prisinin qalibi, “Mersedes”in pilotu Corc Rassel deyib.

“Həftəsonu əla keçdi. Yarışın ilk yarısı çox rahat və hamar keçirdi. Təhlükəsizlik avtomobili rejimindən sonrakı restart da yaxşı idi. Yarışın sonlarına yaxın inanılmaz sürət nümayiş etdirdik. Lakin sarı bayraqlar dalğalananda ayağımı qazdan çəkdim, yenidən qaza basanda problem yarandı və gücü itirdim. Finiş xəttinə qədər Maks Ferstappen mübarizə aparırdı, təəssüf ki, belə alındı, amma ümumilikdə inanılmaz həftəsonu oldu”.