Bərdədə avtomobil eşşək arabasına çırpıldı - Ölən var

Bərdədə avtomobil eşşək arabasına çırpıldı - Ölən var
HADİSƏ 28 Sentyabr 2026 09:52
Bərdə rayonunda minik avtomobili eşşək arabasına çırpılıb, ölən var.

Sitat info  "Report"a istinadən xəbər verir ki, hadisə Kələntərli kəndində qeydə alınıb.

Belə ki, Bərdə rayon sakini Mənsur Əliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçmək istəyən eşşək arabasını vurub. Hadisə nətisində arabada olan Kələntərli kənd sakini Arif Babaşov hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.