Ağstafada 34 yaşlı kişi öldürüldü

Ağstafada 34 yaşlı kişi öldürüldü
KRİMİNAL 28 Sentyabr 2026 09:10
Ağstafada qətl hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, hadisə rayonun parklarından birində qeydə alınıb.

1992-ci il təvəllüdlü Rəşad İsmayılov kəsici alətlə qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Sabir Şükürov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

//Qafqazinfo