Həkimləri çağırışa çatdıran sürücü - Sükan arxasında öldü

Həkimləri çağırışa çatdıran sürücü - Sükan arxasında öldü
HADİSƏ 28 Sentyabr 2026 09:18
Sumqayıtdan Masazıra ağır xəstə çağırışına gedən təcili tibbi yardım avtomobilinin sürücüsü vəfat edib.

Sitat.info xəbər verir ki, İsmayıl Məmmədov həkim briqadasını xəstənin yanına çatdırdıqdan sonra ürəktutma nəticəsində həyatını itirib.

Həkimlərin sözlərinə görə, İ.Məmmədov yol boyu ürəyində ağrı hiss etsə də, “Sizi xəstənin yanına çatdırım, mən birtəhər dözərəm” deyərək öz ağrısına baxmayaraq işini davam etdirib.

Həkimlər xəstəyə yardım göstərib aşağı düşdükdə isə İ. Məmmədovun sükan arxasında həyatını itirdiyini görüblər.