Bakının iki rayonunda qaz kəsiləcək

Bakının iki rayonunda qaz kəsiləcək
SOSİAL 28 Sentyabr 2026 09:45
Bu gün Bakının Suraxanı və və Qaradağ rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, qaz xəttinin yerinin dəyişdirilməsi və "Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan Suraxanı rayonunun AB yaşayış massivinin, saat 11:00-dan 13:00-dək Qaradağ rayonunun Vulkan ərazisinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.