Ötən gün itkin düşmüş 5 nəfər TAPILDI

Ötən gün itkin düşmüş 5 nəfər TAPILDI
HADİSƏ 26 Sentyabr 2026 18:22

Ötən gün Azərbaycanda itkin düşmüş 5 nəfər tapılıb.

Bu barədə Sitat.info-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 25-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.