Ronaldo 18 ildən sonra ilk dəfə...
Kriştianu Ronaldo Portuqaliya millisinin Norveçə qarşı keçirdiyi oyunu ehtiyatdan izləyib.
Sitat.info xəbər verir ki, 18 ildən sonra ilk dəfə superulduz yığmasının heyətində rəsmi matçda meydana çıxmayıb.
Portuqalların 2:1 hesabı ilə qalib gəldikləri matçda Ronaldo sonradan da oyuna daxil olmayıb.
O, sonuncu dəfə AÇ-2008-də İsveçrə ilə görüşdə (0:2) rəsmi matçda meydana çıxmamışdı.
Qeyri-rəsmi görüşlər nəzərə alınsa, Ronaldo sonuncu dəfə 2024-cü ildə milliyə çağırılıb ehtiyatda oturmuşdu.