Rusiyanın Kiyevə hücumunda Azərbaycan vətəndaşı ölüb" - Zelenski
Rusiya gecə və səhər saatlarında bölgələrimizə hücumlar həyata keçirib. Xarkovda çoxmərtəbəli bina ciddi zərbə alıb; binanın ikinci və dördüncü mərtəbələri qismən dağılıb. Kiyevdə pilotsuz uçuş aparatlarının (PUA) hücumları yaşayış binalarına, kommunikasiya infrastrukturuna və yanacaqdoldurma məntəqələrinə ziyan vurub.
Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Putin "Telegram"da məlumat yayıb.
Onun sözlərinə görə, Rusiya ordusu Sumı, Rovno, Xarkov və Odessa vilayətlərində yaşayış binaları hədəf alıb. Vinnitsa, Dnepr, Xmelnitski və Zaporojye vilayətlərində isə kritik infrastruktura hücumlar edilib. Fövqəladə hallar xidmətləri zəruri olan bütün ərazilərdə fəaliyyət göstərir.
"Hazırkı məlumata görə, onlarla insan xəsarət alıb. Təkcə Xarkova endirilən zərbə nəticəsində doqquzu uşaq olmaqla 28 nəfər yaralanıb. Təəssüf ki, ölüm də var. Kiyev vilayətində iki nəfər həlak olub; onlardan biri Azərbaycan vətəndaşı idi. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm"