Dron hücumunda həlak olan azərbaycanlının nəşi ölkəyə gətiriləcək

Dron hücumunda həlak olan azərbaycanlının nəşi ölkəyə gətiriləcək
SİYASƏT 28 Sentyabr 2026 12:50
Dünən 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub".

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, həlak olan Azərbaycan vətəndaşının nəşinin ölkəmizə gətirilməsi istiqamətində Azərbaycanın Ukraynadakı Səfirliyi tərəfindən müvafiq konsulluq yardımı göstərilir.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski X sosial şəbəkəsində Rusiyanın Kiyevə hücumları nəticəsində ölənlər arasında Azərbaycan vətəndaşının olduğu ilə bağlı məlumat paylaşıb.