İrlandiyalılardan İsrailə etiraz - Rəqib oyunçularla görüşmədilər

İrlandiyalılardan İsrailə etiraz - Rəqib oyunçularla görüşmədilər
İdman 28 Sentyabr 2026 12:12
UEFA Millətlər Liqasının 2-ci turunun İsrail - İrlandiya oyununda qonaq komandanın futbolçuları nominal meydan sahibləri ilə görüşməkdən imtina edib.

Sitat.info xəbər verir ki, Macarıstanın Debretsen şəhərində keçirilən qarşılaşmada himnlər oxunduqdan sonra irlandiyalılar israilli oyunçularla görüşməyiblər. 

Bundan başqa onlar İsrail himni səslənərkən başlarını aşağı əyiblər. Həmçinin oyuna qolunda qara sarğı ilə çıxıblar. 

Hətta matçdan əvvəl irlandiyalılar oyuna çıxmamaq barədə də federasiya ilə müzakirə aparıblar. 

Qapıçı Qevin Bazunu isə bu oyunda iştirakdan imtina edib. Bütün bunlara səbəb isə Qəzzada baş verən hadisələrdir.

Qeyd edək ki, matç İrlandiyanın 3:0 hesablı qələbəsi ilə bitib.