Liseyin yaxınlığında ağac yandı, məktəbin elektrik xətləri zərər gördü

Liseyin yaxınlığında ağac yandı, məktəbin elektrik xətləri zərər gördü
HADİSƏ 28 Sentyabr 2026 12:30
Bu gün “Zəngi” liseyinin yaxınlığındakı yaşayış kompleksinin həyətində ağacın yanması nəticəsində məktəbin akt və idman zalına gələn elektrik xətləri zərər görüb.

Sitat.info xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, qısa müddətdə təhsil müəssisəsinə elektrik enerjisinin verilməsi bərpa olunub.

Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidməti tərəfindən söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Tədris prosesi normal qaydada davam edir.