Pakistan Əfqanıstana hücuma keçdi: 22 silahlı öldürüldü
Pakistan Əfqanıstana hava zərbələri endirib.
Sitat.info xəbər verir ki, Pakistan hökuməti hücumlarda 22 silahlı şəxsin öldürüldüyünü bildirib. Əfqanıstan isə zərbələr nəticəsində 9 qadın və uşağın öldüyünü açıqlayıb. Hücumlar Kunar və Helmand vilayətlərinə həyata keçirilib. Pakistan zərbələrin “Pakistan Talibanı” və Bəlucistan Azadlıq Ordusunun mövqelərinə endirildiyini deyib.Seymur,
Sitat.info