Pakistan Əfqanıstana hava hücumu təşkil etdi
Pakistan Əfqanıstanın şərqində və cənubunda hava hücumları təşkil edib, hadisə nəticəsində doqquz nəfər ölüb.
Sitat.info xəbər verir ki, bu barədə Əfqanıstanın Ali Liderinin sözçüsü Zəbihullah Mücahid sosial mediada yazıb.
Mücahidlərin sözlərinə görə, Kunar əyalətinin Çuqam və Helmand əyalətinin Səfər şəhərlərində yaşayış binalarına zərbələr endirilib. Qadınlar və uşaqlar da daxil olmaqla mülki şəxslər həlak olub, daha 11 nəfər yaralanıb.
Sözçü Pakistanın hücumunu təcavüz aktı və qəbul edilmiş prinsiplərin pozulması adlandırıb.