Bakıda yaşayış binasında yanğın - FOTO

Bakıda yaşayış binasında yanğın - FOTO
HADİSƏ 30 Sentyabr 2026 15:54

Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Sitat.info-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yeddimərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın zamanı xəsarət alan olmayıb.

    Masazırda yaşayış binasında yanğın baş verib - FOTO

    Masazırda yaşayış binasında yanğın baş verib - FOTO