İsraildə təyyarə ilə bağlı YENİ DETALLAR: Dalaşan pilotlar Ukraynalı və Rusiyalı imiş

İsraildə təyyarə ilə bağlı YENİ DETALLAR: Dalaşan pilotlar Ukraynalı və Rusiyalı imiş
Dünya 30 Sentyabr 2026 12:10
İsrailin “12-ci Kanal”ının məlumatına görə, pilotlar arasında insidentin baş verdiyi Flydubai reysinin komandiri Rusiya, ikinci pilotu isə Ukrayna vətəndaşı olub.

Sitat.info xəbər verir ki, uçuş zamanı baş verən hadisə ilə bağlı müxtəlif versiyalar irəli sürülüb.

Məlumata görə, bir versiyada pilotlardan birinin dava zamanı digərini bıçaqlamağa cəhd etdiyi bildirilir. İddialara əsasən, israilli sərnişinlər müdaxilə edərək həmin şəxsi sakitləşdirib və vəziyyəti nəzarətə götürüblər.

Digər versiyaya görə isə pilotlardan biri intihara cəhd edib, digər pilot isə buna mane olmağa çalışıb.

Sərnişinlərdən biri hadisə ilə bağlı “Elə anlar olub ki, buradan sağ çıxmayacağımızı düşünürdük” deyib.

Hadisə ilə əlaqədar İsrail polisi xüsusi əməliyyat qrupu yaradıb.

Qeyd edək ki, təyyarənin kapitanı uçuşun təhlükəsizliyinə cavabdehdir və əsas qərarları qəbul edir. İkinci pilot isə uçuş əməliyyatlarının həyata keçirilməsinə, cihazların izlənməsinə və hava hərəkətinin idarə edilməsi xidməti ilə əlaqəyə kömək edir. Bununla belə, uçuş zamanı hər iki pilot təyyarəni idarə edə bilər.