Sakarya su altında qaldı - Fotolar

Sakarya su altında qaldı - Fotolar
Dünya 29 Sentyabr 2026 18:00
Türkiyənin Sakarya vilayətində yağan güclü yağış evlərin, yolların və kənd təsərrüfatı sahələrinin su altında qalması ilə nəticələnib.

Sitat.info Türkiyə mətbuatına xəbər verir ki, yağış səbəbindən Karasu rayonundakı Darıçayırı Məhəlləsində çay məcrasından çıxıb.

Təbii fəlakətə görə ərazidə evlər, iş yerləri, kənd təsərrüfatı sahələri və dövlət binaları su altında qalıb. Xilasetmə qrupları köməksiz vəziyyətdə qalan vətəndaşları təxliyə ediblər.

Serdivan rayonunda isə torpaq sürüşməsi səbəbindən avtomobil yolunun bir tərəfi çöküb.

Sakarya su altında qaldı - Fotolar Sakarya su altında qaldı - Fotolar