Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü

Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü
HADİSƏ 29 Sentyabr 2026 15:48
Bakıda ehtiyatsızlıqdan sirkə içən kişi vəfat edib.

Sitat.info xəbər verir ki, hadisə sentyabrın 28-i saat 04 radələrində Sabunçu rayonu Balaxanı qəsəbəsində baş verib.

1977-ci il təvəllüdlü Yasin Quliyev yaşadığı evdə ehtiyatsızlıqdan sirkə turşusu içib.

O, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib və bir neçə saat sonra vəfat edib.

Araşdırma aparılır.