Komitə sədri idarə rəisini işdən çıxardı
Daha bir rayonun statistika idarəsinin rəisi işdən çıxarılıb
Sitat.info Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Zaqatala Rayon Statistika İdarəsinin rəisi Fəxrəddin Qurbanov vəzifəsindən azad olunub.
O, 2008-ci ildən həmin vəzifədə işləyirdi.
Hələlik Zaqatala Rayon Statistika İdarəsinə yeni rəis təyin olunmayıb.
Qeyd edək ki, bununla da DSK-nin rəis vəzifəsi boş olan rayon və şəhər idarələrinin sayı 12-yə çatıb. Hazırda Zaqatala ilə yanaşı Ağdam, Daşkəsən, Xocavənd, İmişli, Lənkəran, Tərtər, Şabran, Quba, Şərur, Culfa rayon və Mingəçevir şəhər statistika idarələrinin rəisi yoxdur.