Bəxtiyar Əsgərov vəzifəsindən azad edildi
Bəxtiyar Hüseynalı oğlu Əsgərov Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib.
Sitat.info xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov bu barədə sərəncam imzalayıb.