"Ukrayna öz hərəkətlərinə görə bədəl ödəməli olacaq"
Ukrayna son aylardakı hərəkətlərinə görə bədəlini ödəməli olacaq".
Sitat.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Ukrayna son aylarda baş verən hərəkətlərə görə bədəl ödəməli olacaq. İndi baş verənlər budur", - deyə o bildirib.
Peskov qeyd edib ki, Rusiya xüsusi hərbi əməliyyatlarını davam etdirir və zəruri hesab etdiyi hədəfləri ardıcıl olaraq vurur. Kremlin sözçüsü Rusiyanın milli maraqlarının hamıya məlum olduğunu vurğulayıb. O bildirib ki, Rusiya öz təhlükəsizliyinə zəmanət verməli və "heç kimin" ona qarşı dağıdıcı zərbələr endirmək planlarını açıqlamağa meylli olmamasını təmin etməlidir.
//Unikal