“Bu məsuliyyətsizlikdən qaynaqlanıb” – Ermənistan İctimai TV-si üzr İSTƏDİ

“Bu məsuliyyətsizlikdən qaynaqlanıb” – Ermənistan İctimai TV-si üzr İSTƏDİ
Gündəm 28 Sentyabr 2026 14:26

44 günlük müharibənin başlamasının altıncı ildönümündə Ermənistan İctimai Televiziyasında müğənni Tata Simonyanın əyləncə konsertinin kadrları yayımlanıb.

Sitat.info xəbər verir ki, məhz müharibənin ildönümündə insanların əyləndiyi kadrların ölkənin İctimai TV-də yayımlanması ciddi rezonans doğurub.

Ermənilər televiziyaya etiraz bildiriblər. Nəticədə İctimai TV xalqdan üzr istəyib. Kanal bunun məsuliyyətsizlikdən qaynaqlandığını, heç bir səbəblə əsaslandırılmasının doğru olmadığını bildirib və eyni halın təkrarlanmayacağına zəmanət verib.