Bakının bu ərazilərində yeni dayanacaqlar quraşdırıldı

Bakının bu ərazilərində yeni dayanacaqlar quraşdırıldı
SOSİAL 28 Sentyabr 2026 19:00

Rahat sərnişindaşıma xidmətinin göstərilməsi məqsədilə “28 May” Nəqliyyat Mübadilə Mərkəzində və Moskva prospektində yeni dayanacaq pavilyonları quraşdırılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Sitat.info-ya verilən məlumata görə, metro xətlərinin ayrılması layihəsi çərçivəsində sərnişin tələbatının artması nəzərə alınaraq “28 May” NMM-də 2 yeni dayanacaq pavilyonu istifadəyə verilib.

    Moskva prospekti, “20 Yanvar” dairəsindən “Şamaxinka”ya gedən yolda isə cib tipli dayanacaq məntəqəsində səki infrastrukturu yaradılmaqla 4 pavilyon təşkil edilib.

    Eyni zamanda, “Şamaxinka”da metronun “20 Yanvar” stansiyası istiqamətində sərnişin axınının intensivliyi nəzərə alınaraq əlavə 1 pavilyon quraşdırılıb.