Tramp İrana qarşısanksiyaları yumşalda bilər
ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı Vaşinqtonun tələblərinin yerinə yetirilməsi müqabilində Tehrana qarşı sanksiyaları yumşaltmağa hazırdır.
Sitat.info xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ rəsmisinə istinadən məlumat yayıb.
“Prezident Tramp nüvə məsələsində konkret irəliləyiş müqabilində İrana qarşı sanksiyaları yumşaltmağa və dondurulmuş vəsaitləri açmağa hazırdır”, - ABŞ rəsmisi bildirib.