Lənkəranda dələduzluqla 150 min manat ələ keçirən şəxs SAXLANILDI

Lənkəranda dələduzluqla 150 min manat ələ keçirən şəxs SAXLANILDI
HADİSƏ 29 Sentyabr 2026 12:10

Dələduzluq yolu ilə vətəndaşların vəsaitini ələ keçirən şəxs saxlanılıb.

Sitat.info-nun verdiyi xəbərə görə, Lənkəranda müxtəlif vədlərlə vətəndaşları aldadaraq onların pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən H.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

    Araşdırmalarla müəyyən edilib ki, H.Məmmədov zərərçəkmişlərə özünü müxtəlif qurumlarlarda tanışları olan şəxs kimi təqdim edərək təqaüd düzəltmək, yüksək maaşlı işlə təmin olunma və digər yalan vədlər verib. Bu yolla o, vətəndaşların ümumilikdə 150 min manatdan artıq pul vəsaitini ələ keçirib.

    Faktla bağlı cinayət işi başlanılıb, H.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Araşdırmalar davam etdirilir.