18 yaşlı tələbə qızın meyiti soyuducuda tapıldı

18 yaşlı tələbə qızın meyiti soyuducuda tapıldı
Dünya 29 Sentyabr 2026 09:15

Rusiyanın Voljski şəhərindəki mənzillərdən birində 18 yaşlı qızın dondurulmuş cəsədi soyudycuda aşkarlanıb.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə idarəsindən məlumat verilib.

Hadisə Kirov küçəsində yerləşən çoxmənzilli binalardan birində baş verib. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci ("Qətl") maddəsi ilə cinayət işi başlanıb.

Məlumata görə, soyuducuda dondurulmuş halda tapılan 18 yaşlı Volqoqrad vilayəti sakini atası ilə birlikdə yaşayıb. Onun cəsədinin soyuducuya yerləşdirildiyi müəyyən edilib.

Cəsəd mənzilin kommunal borclara görə elektrik enerjisi təchizatının dayandırılmasından sonra yayılan kəskin qoxu nəticəsində aşkar olunub.

Qonşuların şikayətindən sonra mənzilin qapısı açılıb. Soyuducunun içərisində qızın cəsədi aşkarlanıb. İlkin məlumata görə, cəsəd bütöv şəkildə soyuducuya yerləşdirilərək dondurulub.

Mənbənin məlumatına görə, mərhum politexnik kollecinin ikinci kurs tələbəsi olub. Onun anası vəfat edib.

İlkin ehtimallara əsasən, qızı sonuncu dəfə görən şəxs atası olub. Onun şəhəri tərk etdiyi bildirilir.

Hazırda hüquq-mühafizə orqanları həmin şəxsin yerini müəyyənləşdirirlər.