Ağsuda yanğın törədən şəxs tutuldu 

Ağsuda yanğın törədən şəxs tutuldu 
HADİSƏ 29 Sentyabr 2026 10:35

Sentyabrın 28-də Ağsu rayonunun Kalva kəndinin ərazisində yerləşən fermanın həyətində yanğın baş verib və yaxınlıqdakı meşə sahəsinə keçib.

Sitat.info-nun məlumatına görə, nəticədə 30 hektar ərazidə ağac və kol-kos yanıb.

Polis əməkdaşları tərəfindən ehtiyatsızlıqdan yanğın törədən 1 nəfər müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.