Rusiyada hərbi təyyarə qəzaya düşdü - 6 ölü

Rusiyada hərbi təyyarə qəzaya düşdü - 6 ölü
HADİSƏ 29 Sentyabr 2026 17:00
Rusiyanın Amur vilayətində hərbi təyyarə qəzaya uğrayıb

Sitat.info “Baza” teleqram kanalına istinadən xəbər verir ki, “Тu-154” tipli təyyarə Krasnoyarovo kəndində qəzaya düşüb.

İlkin məlumata görə, hadisə nəticəsində 6 nəfər həlak olub, bir nəfər yaralanıb. Ümumilikdə təyyarədə 7 nəfər olub.