“Qarabağ” və “Sabah”ın təxirə salınan oyunlarının vaxtı açıqlandı

“Qarabağ” və “Sabah”ın təxirə salınan oyunlarının vaxtı açıqlandı
İdman 29 Sentyabr 2026 16:50
Misli Premyer Liqasında 2-ci turdan təxirə salınmış “Sabah” - “Sumqayıt” və “Qarabağ” - “Kəpəz” qarşılaşmalarının vaxtı açıqlanıb.

Sitat.info PFL-in saytına istinadən xəbər verir ki, hər iki matç eyni gündə - dekabrın 17-də keçiriləcək.

17 dekabr (cümə axşamı)

“Sabah” – “Sumqayıt”

“Dalğa Arena”, 15:00

“Qarabağ” – “Kəpəz”

Tofiq Bəhramov adına Respublika Stadionu, 18:30