Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
SİYASƏT 29 Sentyabr 2026 17:15
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
Hacıbaba Babayev ona göstərilən etimada görə minnətdarlıq edib.