Uzun əlimiz istənilən vaxt və istənilən yerdə sizə çatacaq”

Uzun əlimiz istənilən vaxt və istənilən yerdə sizə çatacaq”
Dünya 29 Sentyabr 2026 19:30
İsrailin Baş naziri Benyamin Netanyahu parlament seçkiləri ərəfəsində ölkəyə qarşı planlaşdırılan hücuma dair əlamətlərin olduğunu bildirərək xəbərdarlıq edib.

Sitat.info xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

“Düşmənlərimizin seçkilər ərəfəsində bizə hücum etməyə cəhd göstərəcəklərinə dair əlamətlər var. Onlara bir mesajım var: nə indi, nə də sonra bizimlə işiniz olmasın. Uzun əlimiz istənilən vaxt və istənilən yerdə sizə çatacaq”, - deyə o bildirib.

Qeyd edək ki, İsraildə parlament seçkiləri oktyabrın 27-nə təyin edilib. Seçkilərin nəticələri yeni parlamentin tərkibini müəyyən edəcək.