Şimşək çaxıb, leysan yağıb - Faktiki hava

Şimşək çaxıb, leysan yağıb - Faktiki hava
SOSİAL 30 Sentyabr 2026 09:55
Azərbaycanda hava şəraiti yağıntılı keçib, şimşək çaxıb, bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub

Sitat.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 30-u saat 9:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, düşən yağıntının miqdarı Qusarda 26, Qubada 21, Lerikdə 8, Kürdəmir, Qəbələ, Sədərək, Zaqatala, Ağdamda 6, Gədəbəy, Sarıbaş (Qax), Yardımlı, Göyçay, Şuşa eyni zamanda Bakıda və Abşeron yarımadasında 5, Lənkəran, Zərdab, Oğuz, Şəki, Xaltan, Göygöl, Daşkəsən, Füzulidə 4, İsmayıllı, Şahdağ, Tovuzda 3, Astara, Biləsuvar, Mingəçevir, Şabran, Şahbuzda 2, Xızı, Beyləqan, Sabirabad, İmişli, Tərtər, Bərdə, Yevlax, Gəncə, Naftalan, Ordubad, Culfa, Naxçıvan, Goranboy, Kəlbəcər, Laçın, Qubadlı, Xankəndi, Xocalı, Zəngilanda 1 mm-dək qeydə alınıb.