Zəngilanda ilk texnika festivalı keçirilir - FOTOLAR
Zəngilan rayonunun Ağalı kəndində ilk dəfə Texnika Festivalı keçirilir.
Sitat.info-nun festivalda iştirak edən əməkdaşı xəbər verir ki, "Qarabağa qayıdış: I Texnika Festivalı" bu gün, sentyabrın 30-da saat 11:00-dan etibarən təşkil olunub.
Dövlət rəsmilərinin, özəl şirkətlərin təmsilçilərinin və media nümayəndələrinin də qatıldığı tədbirdə müasir kənd təsərrüfatı texnikaları nümayiş etdirilir, yeni texnologiyalar və avadanlıqlar təqdim olunur.
Festival çərçivəsində iştirakçılara müxtəlif texnikalarla yaxından tanış olmaq imkanı yaradılıb. Həmçinin xüsusi endirimlər, təqdimatlar və əyləncəli proqramların keçirilməsi nəzərdə tutulub.
Tədbirin əsas məqsədlərindən biri Qarabağda, xüsusilə işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafına töhfə verən müasir texnika və texnologiyaların nümayişidir.
Məğrur,
Sitat.info

