Lahordakı 20 yaşlı azərbaycanlı qızla bağlı - Rəsmi açıqlama

Lahordakı 20 yaşlı azərbaycanlı qızla bağlı - Rəsmi açıqlama
HADİSƏ 30 Sentyabr 2026 13:26
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  (AQUPDK) Pakistanın Lahor şəhərində Azərbaycan vətəndaşı olan qadının cinsi zorakılığa məruz qalması ilə bağlı açıqlama yayıb.

Qurumdan  verilən açıqlamada qadınlara qarşı zorakılığın bütün formaları qətiyyətlə pislənilib.

“Məsələ ilə bağlı Dövlət Komitəsi olaraq, Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyi ilə əlaqədəyik. Aldığımız  məlumata görə, hadisə ilə bağlı iki  şəxs məhkəmə qərarı ilə həbs olunub, digər iki şəxsin axtarışı da, davam etdirilir. Araşdırma Pakistanın hüquq-mühafizə orqanları tərəfindən aparılır.

Hazırda əsas məsələ zərərçəkmiş şəxsin təhlükəsizliyinin, hüquqlarının və məxfiliyinin qorunması, ona lazımi dəstəyin göstərilməsidir. Hadisə ilə bağlı insan alveri və istismar ehtimalının olub-olmaması da aidiyyəti qurumlar tərəfindən araşdırılır və hadisəyə hüquqi qiymət veriləcək.

Eyni zamanda, media və sosial şəbəkə istifadəçilərini bu həssas məsələ ilə bağlı məlumat yayarkən zərərçəkmiş şəxsin kimliyinə, ləyaqətinə və təhlükəsizliyinə hörmət etməyə, araşdırmanın nəticələrini qabaqlayan məlumat və mülahizələrdən çəkinməyə çağırırıq”, - məlumatda vurğulanıb.

//Qafqazinfo