Trampdan İrana sərt mesaj: “Sonda təslim olacaqlar”
ABŞ Prezidenti Donald Tramp İranın sonda təslim olacağını iddia edib.
Sitat.info xəbər verir ki, Tramp İranın hazırda yaxşı vəziyyətdə olmadığını və Tehran rəhbərliyinin güzəştə getmək üzrə olduğunu bildirib.
Tramp həmçinin son günlər Hörmüz boğazından tarixdə istənilən dövrlə müqayisədə daha çox neft keçirildiyini iddia edib.