TƏBİB-dən vətəndaşlara vacib XƏBƏRDARLIQ!
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün hər hansı ödəniş tələb olunmur.
Bu barədə Sitat.info-ya TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlayn növbə yalnız “mygov” mobil tətbiqi vasitəsilə əldə edilə bilər.
“Vətəndaşlardan qeyri-rəsmi platformalar və digər vasitələrdən istifadə etməmələri xahiş olunur”, - deyə məlumatda vurğulanıb.