Rusiya Dövlət Dumasına o rəhbərlik edəcək

Rusiya Dövlət Dumasına o rəhbərlik edəcək
Dünya 30 Sentyabr 2026 15:13

Vyaçeslav Volodin Rusiya Dövlət Dumasının yeni çağırışında spiker vəzifəsinə seçilib.

Sitat.info xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Sentyabrın 30-da Rusiya parlamenti aşağı palatasının doqquzuncu çağırışının birinci iclası baş tutub və açıq səsvermə nəticəsində müvafiq qərar qəbul olunub.

V.Volodinin namizədliyinə 406 deputat səs verib. Onun rəqibi, Kommunist Partiyasının təmsilçisi Dmitri Novikov isə 36 səs ala bilib.

Qeyd edək ki, V.Volodin 2016-cı ilin oktyabr ayından (yeddinci çağırışdan) etibarən ardıcıl olaraq üçüncü dəfə Dövlət Dumasının sədri postuna seçilir. O, 1999-cu ildə deputat mandatı qazanıb, 2007-ci ildən 2010-cu ilədək vitse-spiker kimi çalışıb.

Həmçinin 2010-cu ildə hökumətdə baş nazirin müavini təyin olunan Volodin, 2011-ci ildən Rusiya Prezidenti Vladimir Putinin Administrasiyasında rəhbərin birinci müavini vəzifəsini tutub.

Rusiya Dövlət Dumasına o rəhbərlik edəcək - FOTO