Səfir: Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələyə qədəm qoyuruq
Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman Azərbaycan-Böyük Britaniya münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu bildirib.
Sitat.info xəbər verir ki, diplomat bu barədə “X” hesabında paylaşım edib.
O qeyd edib ki, Böyük Britaniyanın müdafiə üzrə dövlət naziri Vernon Koaker Prezident İlham Əliyevlə görüşüb.
“Strateji tərəfdaşlığımız çərçivəsində təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi artım və innovasiya imkanları daxil olmaqla, əlaqələrimizin dərinləşdirilməsi müzakirə edilib”, – paylaşımda bildirilib.