Sumqayıtın məşhur binası sökülür?

Sumqayıtın məşhur binası sökülür?
SOSİAL 30 Sentyabr 2026 16:15

Sumqayıt şəhərində yerləşən 35 nömrəli peşə məktəbinin sökülərək yerində yaşayış binasının inşa ediləcəyi iddia edilir.

Həmçinin qeyd edilir ki, peşə məktəbinin binasında məskunlaşan sakinlərin köçürülməsinə də başlanılıb.

Sitat.info xəbər verir ki, məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyindən oxu.az-a verilən məlumatda bildirilib ki, sözügedən məlumatlar həqiqəti əks etdirmir.

Vurğulanıb ki, qeyd edilən ərazidə mövcud peşə təhsili infrastrukturunun yenilənməsi və müasir standartlara cavab verən yeni peşə təhsili müəssisəsinin inşası planlaşdırılır.