Türkiyə "4 böyüklər"ində mərc şoku: 31 rəhbər şəxs PFDK-ya göndərildi

Türkiyə \"4 böyüklər\"ində mərc şoku: 31 rəhbər şəxs PFDK-ya göndərildi
İdman 30 Sentyabr 2026 19:33

Türkiyə Futbol Federasiyası (TFF) aparılan mərc araşdırması çərçivəsində son 5 ildə oyunlara mərc etdiyi müəyyənləşən klub idarəçilərinin siyahısını açıqlayıb.

Sitat.info xəbər verir ki, federasiya ölkənin aparıcı klublarının rəhbər şəxslərini Peşəkar Futbol İntizam Şurasına (PFDK) yönəldib.

Təqsirləndirilən şəxslər arasında "Trabzonspor" klubunun prezidenti Ertuğrul Doğan da yer alıb. İntizam komitəsinə yönləndirilən şəxslərin klublar üzrə bölgüsü aşağıdakı kimidir:

"Trabzonspor" - 13 nəfər

"Beşiktaş" - 10 nəfər

"Qalatasaray" - 5 nəfər

"Fənərbağça" - 3 nəfər

Qeyd edək ki, TFF-nin bu qərarından sonra adı çəkilən idarəçilərin futbol fəaliyyətlərinə müvəqqəti məhdudiyyətlərin qoyulacağı və araşdırmaların davam etdiriləcəyi bildirilir. (Offsideplus.az)