Hikmət Hacıyev Litva səfiri ilə GÖRÜŞDÜ

Hikmət Hacıyev Litva səfiri ilə GÖRÜŞDÜ
SİYASƏT 30 Sentyabr 2026 17:50

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Litvanın ölkəmizdəki səfiri Kestutis Vaskelyaviçyus ilə görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə Kestutis Vaskelyaviçyus sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, dəyişən geosiyasi mənzərədə regional təhlükəsizlik və Litva-Azərbaycan əlaqələrinin dərinləşdirilməsi imkanları üzrə açıq dialoq yüksək qiymətləndirilir:

"Güclü əlaqələr və qarşılıqlı anlaşma hər zamankindən daha vacibdir".