Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - Yenilənib

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - Yenilənib
HADİSƏ 01 Oktyabr 2026 10:08
Kürdəmirdə zəhərlənmə hadisəsi qeydə alınıb.

Sitat.info APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq evlərinin birində baş verib.

Belə ki, şadlıq evində keçirilən toy mərasimindən sonra 30 nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Zərərçəkənlərin vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Kürdəmirdə qidadan zəhərlənənlərin sayı 50 nəfərə çatıb.

***

TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 30-u saat 20:50 radələrində 91 nəfər zəhərlənmə şübhəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:

“Onların hər birinə zəruri tibbi xidmət göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb”.