ABŞ 250 mindən çox vizanı LƏĞV EDİB

ABŞ 250 mindən çox vizanı LƏĞV EDİB
Dünya 01 Oktyabr 2026 11:05
ABŞ Prezidenti Donald Trampın 2025-ci ildə vəzifəyə başlamasından indiyədək ölkənin Dövlət Departamenti 250 mindən çox vizanı ləğv edib.

Sitat.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqott “Fox News” telekanalına açıqlamasında bildirib.

“Prezident Tramp və dövlət katibi Marko Rubionun rəhbərliyi dövründə Dövlət Departamenti 250 mindən çox vizanı ləğv edib. Bu, Amerika xalqının təhlükəsizliyini qorumaq istiqamətində qətiyyətimizi nümayiş etdirən tarixi göstəricidir”, – o deyib.