Avropalı nümayəndələr Azərbaycan sərhədində
Sentyabrın 29-da Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun — Aİ-yə üzv iyirmidən çox ölkənin, Avropa Xarici Fəaliyyət Xidmətinin və Avropa Komissiyasının nümayəndələrindən ibarət heyəti Kirantsa gediblər.
Sitat.info xəbər verir ki, nümayəndə heyəti Kirants kəndini gəzib.
Onlar həmçinin Kirantsın əsas məktəbinə, Müqəddəs Üçlük kilsəsinə və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin demarkasiya olunmuş hissəsinə baş çəkiblər.
Səfər zamanı nümayəndə heyətinə demarkasiya prosesindən sonra görülmüş işlər təqdim olunub.