Başından xəsarət almışdı, 14 gün sonra öldü

Başından xəsarət almışdı, 14 gün sonra öldü
HADİSƏ 01 Oktyabr 2026 13:13
Abşeron rayonunda bədbəxt hadisə nəticəsində xəsarət alan şəxs vəfat edib.

Sitat.info xəbər verir ki, sentyabrın 16-sı Xırdalan şəhər sakini 1986-cı il təvəllüdlü Mixail Alekseyeviç Zadorkin yaşadığı evdə ehtiyatsızlıqdan yıxılaraq başından xəsarət alıb.

Xəstəxanaya yerləşdirilmiş M.Zadorkin sentyabrın 30-u orada ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.