Bu ölkədə həyat getdikcə çətinləşir - İnsanlar etiraza qalxdı

Bu ölkədə həyat getdikcə çətinləşir - İnsanlar etiraza qalxdı
Dünya 01 Oktyabr 2026 14:00
Monqolustanda yanacaq böhranı ilə bağlı kütləvi etirazlar başlayıb.

Sitat.info xarici mətbuata istinadən xəbər verir ki, Ulan-Batorda sürücülər benzin böhranı və qiymətlərin artması ilə bağlı həll tələbi ilə mitinq keçiriblər.

Qeyd olunur ki, paytaxt şəhərin Suxbaatar meydanında çoxlu sayda insan toplaşıb. Meydanın hər iki tərəfində maşınlar düzülüb, sürücülər maşınlarından düşüb hərəkətsiz dayanıblar. Tələbələr və yaşlı insanlar etiraz aksiyasına qoşulublar. 

Etirazçılar aylardır maşınlarına düzgün yanacaq doldura bilmədiklərini, kilometrlərlə növbələrdə dayanmağa və yanacağın gəlməsini gözləyərkən yanacaqdoldurma məntəqələrinin yaxınlığında maşınlarında gecələməyə məcbur olduqlarını bildiriblər.

"Monqolustanda həyat getdikcə çətinləşir", - deyə yerli mətbuat sakinlərə istinadən yazır.