“Sovetski”də meyit aşkarlandı

“Sovetski”də meyit aşkarlandı
HADİSƏ 01 Oktyabr 2026 13:39
Bakıda 27 yaşlı şəxsin meyiti tapılıb.

Sitat.info xəbər verir ki, hadisə sentyabrın 30-u saat 12 radələrində Yasamal rayonu Mustafa Sübhi küçəsində baş verib.

“Sovetski” adlanan ərazidə ölən şəxsin Hacıqabul rayon sakini 1999-cı il təvəllüdlü Mirzə Rzayev olması müəyyənləşib.

Onun üzərində zorakılıq izi aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.