Tramp qaçırılan təyyarədən danışdı: "Ya terrorçu olub,  ya da psixoloji problemli..."

Tramp qaçırılan təyyarədən danışdı: \"Ya terrorçu olub,  ya da psixoloji problemli...\"
Dünya 01 Oktyabr 2026 14:52

ABŞ Prezidenti Donald Tramp Flydubai təyyarəsində baş verən hadisə ilə bağlı açıqlama verib.

Sitat.info xəbər verir ki, Tramp köməkçi pilotun ya terrorçu, ya da psixoloji problemləri olan biri olduğunu deyib. Onun sözlərinə görə, köməkçi pilot kapitanı bıçaqlayıb. Təyyarə Dubaydan Təl-Əvivə uçarkən Səudiyyə Ərəbistanına təcili eniş edib. Tramp bildirib ki, hadisə ilə bağlı İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıb. Onun sözlərinə görə, təyyarədə olan israilli sərnişin hadisəyə müdaxilə edib. Tramp sərnişinin idarəetməni ələ keçirərək təyyarəni düz uçuşa qaytardığını bildirib: "Lakin bu məlumatların doğru olub-olmadığını təsdiqləyə bilmirik". 

Aytac,

Sitat.info