Ronaldonun nömrəsi ona verildi

Ronaldonun nömrəsi ona verildi
İdman 01 Oktyabr 2026 15:33

Kriştianu Ronaldonun millidən getməsindən sonra 7 nömrəli formanı Rafael Leao geyinəcək.

Sitat.info xəbər verir ki, bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.

Bildirilib ki, Ronaldonun baş məşqçi Jorje Jezusla yaşadığı problemdən dolayı yığmadan ayrılmasından sonra onun nömrəsinin də sahibi bəlli olub. 

Leao UEFA Millətlər Liqası çərçivəsində bu gün Danimarka yığmasına qarşı Kopenhagendə keçiriləcək matça 7 nömrə ilə çıxacaq.