Tramp  medianı suçladı: "İranla müharibənin müddəti..."

Tramp  medianı suçladı: \"İranla müharibənin müddəti...\"
Dünya 01 Oktyabr 2026 15:51

Amerikalılar müharibənin 8 həftədən çox davam etməyəcəyini düşünür və bu fikri onlara media aşılayıb. 

Sitat.info xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp İranla müharibənin müddəti ilə bağlı açıqlama verərkən deyib. 

O bildirib ki, bu fikri insanlarda media formalaşdırıb.

Trampın sözlərinə görə, ABŞ mart ayında İrana B-2 bombardmançıları ilə zərbələr endirdikdən sonra müharibəni dayandıra bilərdi. Lakin o, müharibəni davam etdirmək qərarına gəlib.

ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara fevralın 28-də başlayıb. Daha sonra ABŞ və İran arasında döyüşlərin dayandırılması ilə bağlı razılaşma əldə olunub. Lakin iyulun 8-də ABŞ İrana qarşı hücumlarını yenidən başlayıb. İddiaya görə səbəb İranın razılaşmanın şərtlərini pozması olub.

Hörmüz boğazı da münaqişənin əsas mövzularından biridir. 

Aytac,

Sitat.info